Ulduzların qəribə və çox bahalı ayaqqabıları - FOTOLENT

Ulduzların qəribə və çox bahalı ayaqqabıları - FOTOLENT

Hollivud ulduzlarının təntənəli mərasimlərə geyindikləri libas və ayaqqabılar ayrıca sənət əsəri hesab oluna bilər.

Milli.Az lent.az-a istinadən bu gün ulduzların qeyri-adi və çox bahalı ayaqqabıları barədə məlumat verir.

Aktrisa Culiya Robertsin billur daşlarla bəzənmiş dabansız ayaqqabılarının qiyməti 7 min dollardır.

Müğənni Keyt Bekinseylin üstü şəffaf, qalın platformalı bu ayaqqabıları 8300 dollara satılır.

Müğənni Canet Ceksonun dabansız ayaqqabıları da furor yaratmışdı. Qiyməti nə az, nə çox düz 26 min dollar.

Aktrisa Ember Valettanın obrazını tamamlaya bilməmiş bu ayaqqabıların qiyməti 8 min dollardır.

Reper FKA Twigs geyindiyi botlarla təəccübləndirməyi bacarıb. Bu zirehli avtomobilə bənzəyən ayaqqabıların qiyməti 6 min dollardan bahadır.

Müğənni Şarlotta Ginsburqun bahalı qaşlarla bəzədilmiş corab çəkmələrinin qiyməti 11 min dollardır.

Model Haydi Klumun Dolce&Gabbana brendinə məxsus bu ayaqqabılarının qiyməti 30 min dollardır.

Aktrisa Şarlotta Remplinqin  ayaqqabıları  15 min dollardan bahadır.

Praynka Çopranın billur dabanlı ayaqqabılarının qiyməti 28 min dollardır.

Aktrisa Meysi Uilyamsın 15 min dollarlıq qayışlı ayaqqabısı da başqalarınınkından geri qalmır.

Aktrisa Sara Sivelmanın qəribə dabanlı ayaqqabılarının qiyməti 5 min dollardır.

Ledi Qaqa sənət aləminə qəribə ayaqqabıları ilə damğa vurmuş  müğənnidir. Onun bu epotajlı ayaqqabılarının qiyməti 52 min dollardır. Hərçənd bu ayaqqabıları çətin ki, ondan başqa kimsə geyinə bilər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun