Məşhur müğənni Kim Zolciak keçmiş əri, amerikalı futbolçu Kroy Biermanndan açıq şəkildə qisas almağın yolunu tapıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, 45 yaşlı teleulduz davamlı mübahisələri səbəbindən boşanmaqda olduğu keçmiş ərinin şəxsi əşyalarını satmaq qərarına gəlib.
İnstaqramdakı şəxsi səhifəsində ərinin lüks brendlərdən bir neçə bahalı əşyasını satışa çıxarıb.
Mallar arasında Fransanın "Louis Vuitton" moda evinin çamadanları da olub. "Bundan əlavə, dizayner ayaqqabıları, həmçinin "Givenchy" başda olmaqla bahalı brendlərin çantaları da satışdadır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun