Arada yenə məni “çimdikləmək” istədi - Flora Kərimova

Arada yenə məni “çimdikləmək” istədi - Flora Kərimova

Xalq artisti Flora Kərimova "O üz" proqramının qonağı olub.

Milli.az olay-a istinadla yazır ki, sənətçi uzun illərdir küsülü olduğu Xalq artisti Faiq Ağayev barədə danışıb:

"Onun itirdiyi çox oldu. Arada yenə məni "çimdikləmək" istədi. Onu yerində oturtdum. Sən Faiq - birinci dəfədir bu haqda deyirəm. Hansı vicdanla dedin? Düşünmədin ki, səni elə pərt edərəm. Sənin mənə olan planlarının, münasibətinin kökünü kəsərəm. Kiminsə xoşuna gəlmək istəyirdi. O dövrdə o çevrədən hansısa dəstəyi gözləyirdi. Niyə bunu etdin, Faiq?  Nə vadar etdi səni? Nə vadar etdi ki, ağzımı açdın? Mən həmişə müdafiə olunmuşam, heç vaxt hücum etməmişəm".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun