Ceyran Rəhimova AzTV-dən buna görə ayrılıb - VİDEO

Ceyran Rəhimova AzTV-dən buna görə ayrılıb - VİDEO

"Çalışdığım Azərbaycan Televiziyasından (AzTV) getməyimin səbəbi ailə qurmağımla əlaqədar deyil. Orada çalışanda da ailəli idim. Elə dövr idi ki, AzTV-nin rəhbərliyi və televiziyadakı şərtlər dəyişdi. Və rəhbərliyin şərtləri altında çalışmağım məni qanə etmədi". 

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Televiziyasının keçmiş aparıcısı Ceyran Rəhimova qonaq olduğu "Sözbaz" maqazin verilişində deyib. 

Aparıcı ölkənin mərkəzi televiziyası ilə yollarının ayrılması səbəblərindən danışıb:  

"23 yaşımdan televiziyadayam. O zamanlar televiziyanın qarşısında maşınlar dayanırdı  ki, xanım aparıcılar oradan çıxanda görsünlər. O qədər olurdu ki, işdən çıxanda görürdüm ki, avtomobilim üstü güllərlə doludur. Məktublar olurdu... Bu, çox gözəl hisslərdir. Amma mən işlədiyim dövrün son dönəminə gəlib çatanda gördüm ki, qızlar altı düz "ləpik"də işə gəlirdilər.

Əyinlərinə elə geyimlər geyinirdilər ki... Mən sərbəst geyimin əleyhinə deyiləm. Amma baxır sən hansı idarənin qapısından içəri daxil olursan. O qədər cılızlaşdırdılar ki... Televiziyadan hörmətli şəkildə getdim. Qərar verdim və dedim ki, televiziyaya dönməyəcəm". 

Qeyd edək ki, Ceyran Rəhimova illərlə AzTV-də yayımlanan "Sən bir nəğmə" verilişinin aparıcısı olub.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun