Uzun müddətdir yataq xəstəsi olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) oğlu Kamil Kərimoğlu "Xəzər axşamı" verilişində qonaq olub.
Milli.Az axşam.az-a istinadən bildirir ki, proqram zamanı meyxanaçının 2019-cu ildə övladının toyundakı görüntüləri nümayiş olunub. Həmin kadrları izləyən aparıcı Mətanət Əliverdiyeva göz yaşlarını saxlaya bilməyib. O, atasının da insult keçirdiyini bildirib:
"Həmişə deyirəm ki, insan yaşlananda və xəstələnəndə uşaq kimi olur. Bu görüntü mənə öz atamı xatırlatdı. O vaxtkı kasetləri izləyəndə görürəm ki, atamı məclisə çox çətin halda gətirmişdilər. O da beyin iflici olmuşdu. Bu görüntülər mənə çox pis təsir etdi. Adam bunları izləyəndə bilmir ki, nə ifadə etsin".
Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun