Xalq artisti Flora Kərimova qalmaqal yaşayaraq məhkəməlik olduğu müğənni Afət Fərmanqızı barədə danışıb.
Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, "O üz" verilişinin qonağı olan sənətçi yaşadıqları qalmaqalı yenidən gündəmə gətirib:
"Mən Afət Fərmanqızını məhkəməyə verdim. O, bəzi iddialar səsləndirirdi və deyirdi ki, həmin vaxt internet olmayıb deyə bunlar üzə çıxmayıb. Mən onu məhkəməyə verdim və dedim ki, gəl, həmin iddiaları səsələndir qoy hamı bilsin. Amma o qorxusundan qaçdı. Bu günə qədər də susub. Rusiyada 20 kvadrat metrlik bir otaq tutub, "Haxışta"nı orada deyir. Afət, bilmirdin ki, sənin nəticən belə olacaq?! Mən elə həyat yaşamamışam ki, utanam, qorxam. Sən mənə deyəndə ki, "Sənin üzün qara mərmərdən baxmalıdır" mən nə etməliyəm?! Mənə nə qədər qarğışlar etdi. Axı bütün bunlar mənim bioqrafiyama yazılır. Mənim hər addımımım bir mənası var".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun