Təmsilçimizin performansı belə olacaq - Video

Təmsilçimizin performansı belə olacaq - Video

“Uşaq Avroviziyası 2025” üçün Azərbaycan təmsilçisi Yağmur Nəsrullayevanın “Miau, miau” mahnısının məşq videosu yayılıb.

OLAY yazır ki, videoda 13 yaşlı ifaçının səhnədəki çıxışını – işıqlandırma ilə işi, xoreoqrafiya və kamera ilə qarşılıqlı əlaqəsini sınaqdan keçirdiyi anlar əks olunur.

Görüntülər Yağmurun ifasının vizual konsepti və final çıxışının necə görünəcəyi barədə ilk təsəvvürü yaradıb.

Xatırladaq ki, müsabiqənin finalı 13 dekabrda keçiriləcək və Yağmur “Miau, miau” adlı mahnı ilə səhnəyə çıxacaq.