“O müğənnilər yüz min pul da qoysalar...”

“O müğənnilər yüz min pul da qoysalar...”

"Bu gün nəinki telekanallarda, elə radiolarda da həmin mahnılar səslənir".

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Emil Bədəlov "Gül kimi şou" verilişində deyib.

Sənətçi bayağı mahnıların efirlərdə və radiolarda təbliğ olunduğunu vurğulayaraq buna qarşı çıxıb:

"Musiqi zövqü insanın formalaşmasında böyük rol oynayır. Elə müğənniləri efirə çıxarırlar ki... Mən istəmərəm, uşaqlarım o mahnıları dinləsin.

Bu gün nəinki telekanallarda, elə radiolarda da həmin mahnılar səslənir. O vaxtlar 100 min pul da qoysalar, o müğənnilər efirə çıxa bilməzdilər.

Yəqin ki, bu, musiqimizdə müvəqqəti bir mərhələdir və tezliklə keçib gedəcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun