Dünyaca məşhur David və Viktoriya Bekhem böyük ailəsi ilə bərabər Milad bayramını erkən qeyd ediblər.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, ailə üzvləri əyinlərinə pijama geyinib başlarına isə Santa Klaus papağı qoyub ev partisi keçiriblər.
Cütlüyün böyük oğlu Bruklin və həyat yoldaşı Nikola Peltz, həmçinin kiçik övladları Kruz və Harper bayramda iştirak ediblər. Gələ bilməyən yeganə şəxs atasının yolunu davam etdirərək peşəkar futbolçu olan Romeo Bekhem olub.
Viktoriya gecədən çəkilən fotoları sosial şəbəkə hesabında izləyiciləri bölüşüb.
"Şaxta baba Mayamiyə erkən gəldi! Hamınızı çox sevirəm", - deyə Viktoriya bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun