İbrahimdən atasına təbrik!

İbrahimdən atasına təbrik!

Aktyor İbrahim Çingiz atası, Əməkdar artist Çingiz Əhmədovu doğum günü münasibətilə təbrik edib.

OLAY yazır ki, o, 61 yaşı tamam olan sənətçiyə ürək sözlərini instaqramda yazıb:

“Sənin varlığın mənim üçün dünyanın ən böyük var-dövlətidir. Hər zaman çiynimdə əlini, üzərimdə ata nəfəsini hiss etmək, sanki kiçik dünyamı qucağında qoruyan uca dağlara sığınmaq kimidir. Hər zaman var ol, hər zaman yanımda ol. Sənin sayəndə bütün çətinliklərə sinə gərə bilirəm. Yaxşı ki, varımsan, varımızsan, ata! Doğum günün mübarək!”.