Aktrisa Günel Məmmədova bir müddətlik səhnədən uzaqlaşır.
OLAY yazır ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat yayıb. O tam açıqlamasa da, ana olmağa hazırlaşdığı üçün işinə ara verdiyini bildirib:
“Bəlli səbəblərə görə filmlərə çəkilib, bəzi tamaşalarda oynamırdım. Mənə çox çətin idi. Sənətimi nə qədər sevdiyimin bir daha şahidi oldum. Eyni zamanda məni nə qədər sevdiyinizi də gördüm. Bu ay sezonun son tamaşalarını kədərlənərək, sevinərək yekunlaşdırdım. Məşqlərə davam etsəm də, bir müddət səhnədən, ekrandan uzaq qalmaq məcburiyyətindəyəm. Düzdü olduqca çətin olacaq. Allaha güvənim, sevgim və şükürüm çoxdur, çünki həyatımdakı ən qiymətli, əvəzsiz uğurumu bağışladı. Məni tək qoymayan səhnədə məni qoruyan, qayğıma qalan həmkarlarıma təşəkkürlər. Allahın izni ilə yeni mövsümdə, yeni tamaşalarda görüşənədək. Dualarınızı əsirgəməyin”.