Moskva Arbitraj Məhkəməsi reper Timatininin 64 milyon rubl ödəməsinə qərar verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı iş qadını Qalina Jerzdevaya məhkəmədə uduzub.
Qadın biznesmen Rafael Sovada qarşı iddiada üçüncü şəxs kimi musiqiçini göstərib.
Timati 2022-ci ildə "Black Star Foods MMC" müəssisəsindəki payını məhz Rafaelə satıb.
Sovadın eyni paya görə alqı-satqı müqaviləsi üzrə Jerzdevaya 63 milyon borcu olduğu bildirilir.
Məhkəməs onun iddiasını təmin edib və göstərilən məbləğin sahibkarlardan alınmasına qərar verib. Timati və Sovad da cərimə kimi iddiaçıya 339 800 rubl ödəməli olacaqlar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun