Müğənni Leyla Rəhimova canlı efirdə üzləşdiyi ciddi problemlə bağlı açıqlama verib.
Milli.Az xəbər verir ki, sənətçi "Rəngarəng" verilişində övladlarının sənədləri ilə bağlı uzun müddətdir çətinlik yaşadığını bildirib.
Leyla Rəhimova deyib ki, uşaqlarının rəsmi sənədlərini ala bilmir və bu səbəbdən səfirliyə də müraciət edib. Lakin ona bildirilib ki, bu məsələ səfirliyin səlahiyyətinə aid deyil. Müğənni əlavə edib ki, vəkil vasitəsilə məsələni həll etməyə çalışır, çünki övladlarının xarici sənədləri yoxdur, hətta oğlunun ümumiyyətlə heç bir rəsmi sənədi mövcud deyil.
İfaçının sözlərinə görə, bu problem gündəlik həyatda da ciddi çətinliklər yaradır: "Həkimə aparanda belə sənəd tələb edirlər. Məhkəmədə məsələ ilə bağlı keçmiş həyat yoldaşıma müraciət olunub, o isə sənədləri itirdiyini deyib. Amma mən qanunla bu sənədləri alacağam, çünki atası vermək istəmir".
Leyla Rəhimova onu qınayanlara da sərt cavab verib. O, bildirib ki, məqsədi qalmaqal yaratmaq deyil, sadəcə övladlarının haqqını tələb edir:
"Mən burada tərbiyəsizlik etmirəm, haqqımı istəyirəm. Sabah uşaqlarım ABŞ-yə getsə, onları necə tək buraxım? Kim məni qınayırsa, başına gəlsin. Sənədsiz kimi kim qəbul edir ki?".
Müğənninin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Musa
Milli.Az
















