Açıq sözlülüyü və sərt mövqeyi ilə tanınan peşəkar vokalist Taleh Yahyayev bu dəfə "Öz aramızda" verilişində səsləndirdiyi qalmaqallı fikirlərlə gündəmə gəlib.
Milli.Az xəbər verir ki, veriliş zamanı sosial şəbəkələrdə paylaşılan bəzi görüntüləri kəskin tənqid edən Taleh Yahyayev gecə saatlarında sauna və kabinetlərdən yayılan videolara toxunub. Onun sözlərinə görə, bu cür məkanlarda baş verənlər bəzi insanlar tərəfindən açıq şəkildə paylaşılır və nəticədə özlərini cəmiyyət qarşısında biabır edirlər.
Vokalist bildirib ki, bir neçə qadının bir araya gələrək bu cür mühitlərdə fəxrlə görüntülər paylaşması düşündürücüdür. O qeyd edib ki, həmin şəxslər özləri kimi insanları ətraflarına toplayır, onlara hörmətsiz münasibət göstərir, müxtəlif məclislərə dəvət edir və az məbləğ qarşılığında özlərini təriflətməyə çalışırlar.
Taleh Yahyayevin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub və müxtəlif reaksiyalarla qarşılanıb.
Musa
Milli.Az
















