Güllünün qızı bütün ittihamları rədd etdi

Güllünün qızı bütün ittihamları rədd etdi

Anası Güllünü öldürməkdə ittiham olunan Tuğyan Ülkem Gülterin polisə verdiyi izahat mediada yayılıb.

OLAY yazır ki, o cinayəti işləmədiyini bu sözlərlə bildirib:

“Anamın çəkisi məndən ağırdır, onu qaldırmağım mümkün deyil. Hadisə əsnasında arxam dönük olduğu üçün hadisənin necə baş verdiyini bilmirəm. Sultanla aramızda heç bir problem yox idi, yaxın rəfiqə idik. Əgər anamı mən itələmiş olsaydım, anam qışqıraraq kömək istəyərdi. Səs lentində düşən “görüşürüz” sözü mənə aid deyil”.