"Kinli insan deyiləm. Brilliant xanıma qarşı kinim yoxdur. Brilliant xanım, siz sənətkarsınız. Hər bir yerdə səsiniz, iziniz həmişə var olacaq. Sənətkar unudulmur. Mən Brilliant xanımın sənətini, səsini, avazını çox sevirəm. Əti dırnaqdan ayırmaq olmaz".
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "7 tamam" verilişində deyib. Səidə illərdir küsülü olduğu xalası, Xalq artisti Brilliant Dadaşovadan danışıb:
"Canı candan ayırmaq olmaz. Ona hər zaman hörmətlə yanaşmışam. Hər yerdə ona olan hörmətimi nümayiş etdirirəm. Ümidvaram ki, hörmətini doğrulduram. Bəzən soruşurlar ki, Brilliant xanımın mahnılarına müraciət edirsiniz? Deyirəm ki, əlbəttə...Yaxşı ki, varsınız.
Brilliant xanımın mənə hər zaman nəvazişi olub. Ən yaddaqalan nəvazişi isə məni "Bülbül" adına fortepiano məktəbinə aparması idi. Brilliant xanıma qarşı küskünlüyüm yoxdur".
Qeyd edək ki, Səidə Dadaşova mərhum Xalq artisti Rafael Dadaşovun və B.Dadaşovanın bacısı Sədaqətin qızıdır. O, anası ilə küsülüdür.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun