"O verilişlərə getsəm, hörmətsiz olaram" - VİDEO

"O verilişlərə getsəm, hörmətsiz olaram" - VİDEO

"Elə verilişlər var ki, getmirəm. Hiss edirəm ki, o proqramlara getsəm, hörmətsiz olaram. Yanlış danışıqlar olur, verilişin formatı mənə uyğun olmur. Bəlkə kiminsə ehtiyacı var, amma mənim çox şükür ki, ehtiyacım yoxdur. Ona görə də seçim edib gedirəm".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Tarixin bir günü" verilişində deyib.

"Maqazin verilişləri var ki, müsahibə alırlar. Hamısı məndən inciyir. Demişəm ki, müsahibə vermirəm. O qədər yanlış suallar verirlər ki... Mənə ünvanlanan suallar da digərlərinə də verilir. Əziz həmkarlarım, birinci onun dərinliyinə gedin və sonra sual verin. Baxın ki, nə dərəcədə düzdür, səmimidir. Sonra özünüzdən çıxıb cavab verin. Bunu bir neçə nəfərə şamil edirəm. İlk dəfədir deyirəm. Bir müddət əvvəl olmuşdu. Müsahibə alan da dostlarımızdan idi. Zarafata söz deyirəm və onun ucundan tuturlar ki, nə deyə bilərsiz? Axı biz görüşürük, çörək kəsirik. Fikirləşin ki, Könül xanım bunu hansı məqamda və nəyə görə deyə bilər. Gərək diqqət edim, bəzən çaşırlar" deyə, sənətçi bildirib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun