Aparıcı Afaq Gəncəli etirafları ilə gündəmə səs salıb.
Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, televiziya ulduzu qonaq olduğu "Qapqara" verilişində bildirib ki, heç zaman başqasının övladına sahib çıxa bilməz.
"Bundan sonra ikinci dəfə ana olsam belə, yalnız dünyaya gətirdiyim övlada ana olaram. Niyə kənardan uşaq götürmürəm? Çünki mən öz övladıma, Allahdan verilən əmanətə, uşağa yiyə dura bilmədim. Mən kiminsə övladını götürüb,... O, əmanətdir.
Götürürəm ki, onu boya-başa çatdırım, gözəl gün verim... Niyə onu oradan götürürəm ki? Xoş gün görsün. Sabah həyatdır, bilmək olmaz nə baş verəcək. Ona nəsə olsa,... Əgər öz övladıma görə canıma qəsd edə bilmədimsə, etmədimsə, günü bu gün də qarşısınızda otururamsa, yüz də yüz edəcəyəm, çünki o əmanətdir, ona xəyanət elədim", - deyə Afaq vurğulayıb.
Qeyd edək ki, A.Gəncəlinin oğlu Qədirxan 8 il əvvəl xərçəngdən dünyasını dəyişib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun