Türkiyəli məşhur aktrisa Çağla Şıkel sevgilisi Nail Gönenlidən ayrılıb.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, Çağla Şıkel restorandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb.
O, uzun müddət sevgili olduğu vəkil Nail Gönenlidən ayrılması ilə bağlı bunları deyib:
"Bəli dostlar, xəbər doğrudur, ayrıldıq. Birgə verdiyimiz qərardır, lazım idi".
Çağla Şıkel ayrılıq xəbərləri yayılan gün Bomontidə bir kişi ilə əyləndiklərini deyib:
"Bəli, şəkildəki mənəm. Ancaq yazılan kimi deyil. Həmin bəy illərdir mənim dostumdur, xəbər yalandır".
Qeyd edək ki, cütlük bir ildir ki, sevgili idi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun