Xalq artisti Aygün Kazımova şəhərdə yerləşən məkanlardan birində ard-arda iki gün konsert verib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənnini bir gün içində 1200 tamaşaçı izləməyə gəlib. Pop diva gecə boyunca mahnılarını tamaşaçılarla birlikdə oxuyub.
Ölkənin əsas ulduzu gecədə tamaşaçıları ilə söhbətləriylə də yadda qalıb.
Onun "Tiktokçular hazırsınız? Özümü TikTok-un Xalq artisti elan edirəm" sözlərini tamaşaçılar alqışla qarşılayıblar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun