Rəqsanənin qızının əl-ələ görüntüləndiyi müğənni KİMDİR? - VİDEO

Rəqsanənin qızının əl-ələ görüntüləndiyi müğənni KİMDİR? - VİDEO

Müğənni Rəqsanənin özü kimi sənət yolunu seçən qızı Yağmurun (Yana) Rusiyada yaşayan azərbaycanlı müğənni ilə əl-ələ çəkilmiş səmimi görüntüləri sosial şəbəkələrdə yayılıb.

Milli.Az xəbər verir ki, qısa müddətdə diqqət çəkən video geniş müzakirələrə səbəb olub.

Paylaşılan kadrlar izləyicilər arasında müxtəlif fikirlərin səslənməsinə yol açıb. Sosial şəbəkə istifadəçilərinin bir qismi görüntülərdəki yaxınlığı əsas gətirərək ikili arasında eşq münasibətinin ola biləcəyi ilə bağlı iddialar irəli sürüb.

Məsələ ilə bağlı tərəflərdən hələlik açıqlama verilməyib. Buna baxmayaraq, yayılan görüntülər sosial mediada ən çox danışılan mövzulardan birinə çevrilib.

Musa
Milli.Az