Röya və Elçinin sürpriz dueti viral oldu

Röya və Elçinin sürpriz dueti viral oldu

Xalq artisti Röya Ayxan və Elçin Cəfərov yeni layihə təqdim etməyə hazırlaşır.

OLAY yazır ki, Elçinin bir müddətdir üzərində çalışdığı yeni mahnısının Xalq artisti Röya Ayxan ilə duet şəklində hazırlandığı məlum olub.

Layihə ilə bağlı detallı məlumat verilməsə də, mahnı yaxın vaxtlarda kliplə birlikdə dinləyicilərə təqdim olunacaq.

Elçin Cəfərov ilə Xalq artisti Röyanın bu layihədə bir araya gəlməsi pərəstişkarları həyəcanlandırıb. Yeni duet musiqisevərlər tərəfindən maraqla gözlənilir.

Qeyd edək ki, mahnı daha yayımlanmadan sosial mediada viral olub.