"Bilirsən ki, uşaqlarının atası kimdir? - Adamın ikicə sənin qardaşın kimi qardaşı ola…” - VİDEO

"Bilirsən ki, uşaqlarının atası kimdir? - Adamın ikicə sənin qardaşın kimi qardaşı ola…” - VİDEO

Xəbər verdiyimiz kimi, müğənnilər Vəfa Şərifova ilə Afət Fərmanqızı arasında gərginlik yaşanır.

Milli.Az bildirir ki, Afət Fərmanqızıdan Vəfa Şərifovanın efirdə səsləndirdiyi ittihamlara cavab verib.

Sənətçi iştirak etdiyi məclisdən videosunu yayaraq Vəfanın ünvanına ağır sözlər deyib:

"İzkəyicilər mənə video göndərib ki, Vəfa efirdə yenə səndən danışıb. Məhkəməni şou verilişi səviyyəsinə endirir. Zaur, belə şeyə icazə verməyin ki, o cür qurumun adı proqramda hallansın. Mən "akula"la vuruşub, udan Afət Fərmanqızıyam. Odda yanmaz, suda batmazam. Şikayəti geri çəkən nakişi qızıdır, Vəfa! Bura qədər heç bir şey edə bilməmisən. Sənə başa salıblar ki, efirə çıx, şər-böhtan at, Afəti danışdır. Sənə deyiblər ki, məhkəməyə verdiyin şikayətlə bir şey edə bilməyəcəksən. Deyir ki, mənimlə yox, uşaqlarımın ataları ilə problem yaşayan müğənnilərdir. Müğənnilərlə konfrans etdim ki, uşaqların ataları kimlərdir, and olsun, heç birimiz tanımırıq. Bizə maraqlı deyil ki, kimdən dünayaya gətirmisən. Son qoymaq üçün uşaqların sənədlərini göstər, atalarının ad-soyadı da. Bilmirsənsə, ayrı. Boş qazan həmişə səs edir. Övladınızın xoş günündə qoymayın ki, əxlaqasılar gəlib xeyir-dua versin, çünki qəbul olunmur. Xeyir-duanı başı bütöv adamlar verməlidir. Adamın ikicə Vəfanın qardaşı kimi qardaşı ola. Qeyrətinə qurban olum, a qardaş. Keçən dəfə soruşdum, bu yeznə kimdir? Tanıyırsanmı? Uşaqlar kimdəndir? Biz rəsmi ərimizi üzr istəyərək deyirik, bu isə efirdən həmişə uşaqlarımın atası deyir. Bilirsən ki, atası kimdir? Rusiyada yaşayan azərbaycanlılar da artıq ağı qaradan seçirlər. Üzümü onlara tuturam, ailə dəyərləri olan, əxlaqlı sənətçiləri məclislərinizə çağırın". 

Musa
Milli.Az