Müğənni Güllünün bacı-qardaşları qızı, oğlu və keçmiş həyat yoldaşının miras üçün onu öldürdüyü iddiası ilə prokurorluğa rəsmi şikayət verib.
OLAY yazır ki, Güllünün övladları — Tuğyan Ülkem Gülter və Tuğberk Yağız Gülter anasının ölümündən cəmi 4 gün sonra onun hesabındakı pulu çıxarıb, həyat sığortası pulunu almaq üçün müraciət ediblər.
Cinayətlə bağlı Güllünün qızı Tuğyan həbs edilib, oğlu Tuğberk Yağız isə ifadə verib. Tuğberk ifadəsində bunları söyləyib:
“Bacım keçmiş nişanlısı Kervanı çox sevirdi. Günaha girmək istəmirəm, amma anamı Kervan üçün öldürə bilərdi. Çünki bacım münasibətlər mövzusunda zəif xarakterlidir”.
Güllünün səhnə aldığı məkanlarda gündə orta hesabla 400 min TL qazandığı, aylıq gəlirinin isə təxminən 4 milyon TL olduğu ortaya çıxıb. Bu da cinayətin arxasında miras məqsədinin olması ehtimalını gücləndirib.
















