Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı bacısı Ülviyyə Yaşarqızının vəfatından sonra efirdə çıxış etməsi ilə bağlı yönələn tənqidlərə cavab verib.
Milli.Az xəbər verir ki, müğənni bu barədə instaqram hesabında açıqlama verib:
"Sözüm efirdə olan insanlara gedir. Boş-boş danışırlar. Niyə həmişə mən hədəf oluram? Ağrım və kədərim yalnız mənə aiddir. Niyə qınayırsınız? Heç qorxmursunuz ki, bu, sizin də başınıza gələ bilər? Mənə yiyəsiz kimi baxmayın! Efirdə danışanlar və şərh yazanlar, gedin işinizlə məşğul olun."
Xatırladaq ki, Ülviyyə Yaşarqızı ötən ayın 15-də ürək çatışmazlığı səbəbindən dünyasını dəyişib.
Fidan
Milli.Az

















