Ayrıldığı deyilən Rəqsanədən ərinə mesaj: "Səni çox istəyirəm, ay Fazil" - VİDEO

Ayrıldığı deyilən Rəqsanədən ərinə mesaj: "Səni çox istəyirəm, ay Fazil" - VİDEO

Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazillə bağlı səsləndirdiyi fikirlərə aydınlıq gətirib.

Milli.az xəbər verir ki, sənətçi konsert zamanı dediyi "Fazillə hər şey bitib" sözlərinin yanlış anlaşıldığını bildirib.

Rəqsanə qeyd edib ki, həmin ifadə ayrılıq deyil, sevgi ilə bağlı emosional bir cümlə olub:

"Demək istədim ki, sevgini Fazillə bitirdim, yəni başqa bir sevgi yoxdur. Ayrılmamışıq. Dünəndən Fazil də əsəbiləşib ki, bunu belə demisən. Hazırda uşaqlarımla birlikdədir. Ayrılıq olsa, bunu gizlətmək mümkün deyil".

Qeyd edək ki, Rəqsanə İsmayılovanın konsertdə çəkilən digər görüntülərində ərinə ünvanladığı "səni çox sevirəm, ay Fazil" sözləri də diqqətdən qaçmayıb.

Xatırladaq ki, cütlüyün bu nikahdan iki övladı var.

Fidan
Milli.Az