Xəbər verdiyimiz kimi, aktrisa İlqarə Tosovanın ad günü olub.
Milli.Az xəbər verir ki, şəhər restoranlarından birində keçirilən məclisdən görüntülər sosial şəbəkədə yayılıb. Aktrisanın həyat yoldaşı, Əməkdar artist Ayşad Məmmədov onunla bağlı sözləri ilə diqqət çəkib.
Aktyor xanımına sevgi etirafı edərək "Göz, qığılcım olduqca səni kəşf edəcəyəm. Həmişə mənim üçün maraqlı olmusan. Gün o gün olsun ki, gəlib sənə çata bilim" sözlərini deyib.
Milli.Az

















