Xalq artisti Afaq Bəşirqızı qonaq olduğu Mədəniyyət TV-də yayımlanan "O" verilişində etirafı ilə diqqət çəkib.
Milli.Az teleqraf.com-a istinadən bildirir ki, Afaq Bəşirqızı bu sözləri deyib: "Məni heç kim bəyənməyib. Həyatımın müəyyən dövrünə qədər üzərimdə "yetim", "kasıb", "nəzarətsiz, "valideynsiz" "doğmalarsız" adı olub. Suallarım cavabsız qalıb. Səhhətimdə artroz xəstəliyinin ən ağır forması olub. İki dəfə ürəyin açıq əməliyyatını keçirmişəm. Sonra xərçəng xəstəliyi... Bədən üzvlərinin yarısının olmaması... Bütün bunlar həyatın mənə verdiyi sualların cavabıdır. Deyim ki, bütün bunlara hakim kəsildim, xeyr. Yox, məcburiyyətdən, qorxudan... Çünki həyat yoldaşım, övladlarım, nəvələrim və mənə ehtiyacı olanlar, qayğımla dolananlar, diqqətimdə olanlar var. Onlara görə, həyata "yaltaqlanmağa" başladım".
Xalq artisti xarakterindən də danışıb: "Bir az xaraktercə kəskin insanam. İnstitutda dərs dediyim tələbələrimlə bu gün də münasibətim davam edir. Onlara qarşı çox sərt olmuşam. Ərklə üç tələbəmi vurmuşam, onlardan biri qız, ikisi oğlan idi. Günü bu gün bilirəm ki, səhv etməmişəm. Hazırda onlardan biri çox məşhur bir aparıcıdır. Biri isə incəsənət aləmində tanınır. Qızı kursdan çıxardım. Dedim ki, mənim tələbəm ola bilməzsən".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun