Tanınmış aparıcı, iş adamı Acun Ilıcalı məşhur televiziya yarışması olan "Survivor"un qiymətini açıqlayıb.
Milli.Az azxeber-ə istinadla bildirir ki, bu barədə Ilıcalı "Youtube" kanalında canlı yayımın qonağı olarkən danışıb.
Sahib olduğu TV8-də "Survivor All Star 2024" ilə ekranlara qayıtmağa hazırlaşan məşhur aparıcı "Bu insanların 6 ay ac və yazıq yarışması bir az çox deyilmi?" sualına belə cavab verib:
"Dünyanın ən çətin "Survivor"unu çəkirik. Uzun müddət kimi görünür, amma "Survivor" əslində bir idman şousudur. Bunu bir futbol mövsümü kimi düşünün. Futbol mövsümü doqquz ay davam etdiyi kimi, "Survivor" da altı ay çəkir. Dünyada belə bir Survivor proqramı yoxdur. İştirakçılar həftəlik yeməkdən başqa öz yeməklərini belə qazanmalıdırlar".
"Survivor"un bir sezonunun xərci haqda danışan Ilıcalı bunun çox baha başa gəldiyini deyib:
"Bəli, altı ay televiziya baxımından uzun müddət kimi görünür. Əsas səbəb "Survivor"un uzun müddət olmasıdır". Mövsümi xərc 12-13 milyon dollardır. Dəhşətli xərcdir. Belə yüksək xərc tələb edən bir istehsal etmək üçün müddət uzun olmalıdır. Bunu 15 günə qarşılamaq olmaz. Bu uzun müddətə yaxşı və keyfiyyətli proqram hazırlamaq üçün də bir zərurət kimi baxa bilərik".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun