“Evimdə çörək kəsiblər, amma...” – Rəqsanə məşhurlara səsləndi

“Evimdə çörək kəsiblər, amma...” – Rəqsanə məşhurlara səsləndi

"Könül Kərimovadan, Elnarə Abdullayevadan, aparıcı Afaq, Nanə, Zaur Baxşəliyev, Xoşqədəm xanımdan incimişəm. İnsanın çətin anında yanında olmaq lazımdır. Belə məqamlarda yaxşını pisdən ayırırsan".

Milli.Az xəbər verir ki, bu sözləri Rəqsanə İsmayılova "Qonaqcanlı" verilişində deyib.

"Mən onlara qarşı belə olmamışam. Elnarə Moskvada konsert verib, gedib qabaqda güllə oturmuşam. Könül Kərimova evimdə olub, çörək kəsmişik. Haqqım var inciməyə".

Sənətçi baş tutan konsertindən də danışıb:

"Konsertimdə 800 nəfər vardı. Çox insana yer olmadı. Məni bu qədər insan sevirsə, konsertlər verməliyəm. Sənət yoldaşlarımı dəvət etməmişdim, amma onlar da gəlməmişdilər. Gəlsəydilər, sevinərdim.

Mart ayında Heydər Əliyev Sarayında, yayda isə Yaşıl Teatrda konsert verəcəyəm. Allah qismət etsin. Bu qədər sevgi qarşısında şokda idim". (musavat.com)

Milli.Az