Bəstəkar-müğənni Murad Arifin məşhur "Youtube" layihəsi "Popumuz var" geri qayıdır.
Milli.Az bildirir ki, bu barədə sənətçi özü məlumat verib. O bildirib ki, tezliklə verilişin yeni buraxılışları yayımlanacaq:
"Azərbaycan mediasının ən çox trendlərə düşən müsahibələri "Popumuz var"da olur. "Youtube" ən səs-küylü layihəsi geri dönür. Burada siyasətdən də, sosial problemlərdən də, mədəniyyətimizdən də danışırıq. 2 ilə yaxındır ki, hamı məndən "Popumuz var"ı soruşur. Proqramın ilk qonağı isə məşhur reper Orxan Zeynallı olacaq. Müzakirələrə səbəb olacaq söhbətlər izləyiciləri gözləyir. Əminəm ki, bu dəfə də ilklərə imza atacağıq".
Qeyd edək ki, proqramın ilk buraxılışı 2018-ci ilin fevralında paylaşılıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun