"Kişiləri qarışdırmaq olmaz, uşaq bir kişidən olar” - FOTO

"Kişiləri qarışdırmaq olmaz, uşaq bir kişidən olar” - FOTO

Xalq artisti Röya Ayxan açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, ifaçı bildirib ki, "İndiki ağlım olsaydı, Hüseyni heç vaxt tək qoymazdım. Ona bacı və ya qardaş düşünərdim".

Aparıcı isə cavabında deyib: "Gec deyil". Röya isə qeyd edib ki, "Kişiləri qarışdırmaq olmaz, uşaq bir kişidən olar".

Sənətçi həmçinin ən böyük arzusunun Hüseynin universiteti bitirib işə başlaması olduğunu söyləyib.

Məlumata görə, Röyanın oğlu hazırda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təhsil alır.

Milli.Az