Əməkdar artist Abbas Bağırov açıq havada siqaret çəkilməsini və tütün məmulatları tullantılarının yerə atılmasını tənqid edib.
Milli.Az axşam.az-a istinadla xəbər verir ki, bu barədə müğənni sosial media hesabında paylaşım edib.
"Bir çoxunda tərbiyə yoxdur: Avtomobil idarə edərkən pəncərədən, evinin eyvanından aşağıya atan kim?! Parklarda reyd keçirtmək gözəl olardı. İnsanlar gəlir parklarda təmiz hava alıb istirahət etməyə. Yanında əllərində topa-topa siqarət çəkərək gəzib insanları narahat edirlər".
Milli.Az