Səidə efirlərə çıxmamağının səbəbini açıqladı

Səidə efirlərə çıxmamağının səbəbini açıqladı

Müğənni Səidə Sultan efirlərə çıxmamasının səbəbini açıqlayıb.

Milli.Az xəbər verir ki, o, sosial şəbəkə hesabında bu barədə danışıb:

"Artıq ortalıqda yoxam, kənardan izləyirəm. Xoş təəssürat almıram. Sanki hamı "mən də buradayam" deməyə çalışır. Müğənnilər özlərini efir acı kimi aparır. Ona görə də efirə çıxmamaq qərarı almışam. İşim mahnıdırsa, onu təqdim edirəm".

Milli.Az