Müğənni Zamiq Hüseynovun konsertində maraqlı hadisə yaşanıb.
Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı izləməyə gələn gənclərdən biri ondan "Əvəzsizim" mahnısını oxumağı istəyib.
Gənc mahnı sədaları altında sevgilisinə evlilik təklifi edib.
Zamiq həmin görüntünü yayımlayaraq "Dünənki konsertimdə ən yaddaqalan anlardan. Bir gənc "Əvəsizim" mahnısı sədası altında sevgilisinə evlilik təklif etdi. Böyük alqışlara səbəb olan bu evlilik təklifi, mən də çox sevindirdi. Ona görə ki, musiqilərimlə insanlar biri-birinə sevgi etiraf edir, evlilik təklif edir. Dünyada sevgidən gözəl heç nə yoxdur. Bütün sevənlər xoşbəxt olsun" sözlərini yazıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun