Röyanın oğlu bu universitetə daxil oldu

Röyanın oğlu bu universitetə daxil oldu

Xalq artisti Aygün Kazımova həmkarı Röya Ayxanla bağlı sevindirici xəbəri ictimaiyyətlə bölüşüb.

Milli.Az-ın məlumatına görə, Pop kraliça açıqlamasında Röya Ayxanın oğlu Hüseynin İngiltərədə universitetə qəbul olunduğunu bildirib.

A.Kazımova qeyd edib ki, Röya bu xoş xəbəri ona şəxsən zəng edərək çatdırıb və böyük sevinc yaşayıb.

Aygün Kazımova Röyanın sevincinə bir ana kimi şərik olduğunu vurğulayaraq, onun hisslərini çox yaxşı anladığını deyib. Xalq artisti əlavə edib ki, hər bir ana üçün övladının uğuru ən böyük qürur mənbəyidir və Röya artıq o günləri yaşayır.

Pop kraliça həmkarına daim sevinc dolu xəbərlər eşitməyi arzulayıb və bu uğurun gələcəkdə daha böyük nailiyyətlərin başlanğıcı olmasını diləyib.

Hüseyn
Milli.Az