Rusiyanın məşhur "Bi-2" və "Dyuna" qruplarının keçmiş üzvü Viktor Plyavinin ölüm səbəbi məlum olub.
Milli.Az oxu.az-a istinadən bildirir ki, telekanalın məlumatına görə, 64 yaşlı klaviatura ifaçısı ürəyində yaranan problem səbəbindən dünyasını dəyişib.
"O, ürək çatışmazlığından və orqanın qan təchizatı ilə bağlı problem səbəbindən vəfat edib", - deyə bildirilib.
Musiqiçinin dəfn mərasimi noyabrın 19-da Moskvanın Yastrebkovskoye qəbiristanlığında baş tutacaq.
Qeyd edək ki, Plyavinin xərçənglə mübarizə apardığı və son zamanlar dostlarının dediyinə görə, tez-tez içki içməyə başladığı bildirilirdi. Sənətçi ölümündən əvvəl 3 ay ərzində səhhəti pisləşdiyi üçün evinə 3 dəfə təcili yardım çağırıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun