“Onun ölümündən sonra anladım ki…”

“Onun ölümündən sonra anladım ki…”

"Dünyasını dəyişəndən sonra onun həyatımda necə əvəzolunmaz bir insan olduğunu dərk etdim".

Milli.Az news24.az-a istinadən xəbər verir ki, bu sözləri sevilən şair Nüsrət Kəsəmənlinin doğum günündə atası ilə bağlı fikirlərini bölüşən tanınmış aktyor Reşat Kəsəmənli Yenicag.az-a açıqlamasında deyib.

İllər keçsə də atasının yoxluğu ilə barışmadığını deyən oğlu Nüsrət Kəsəmənlinin dünyasını dəyişməsindən sonra bir həqiqəti anladığını kövrələrək dilə gətirib:

"Vaxtında o qədər onun atalıq qayğısı, sonsuz sevgisi ilə əhatələnmişəm ki, bu gün atamın yerinin boşluğu çox görünür. Bu gün atam həyatımda ən çox yeri görünən insandır. Onun bütün kəlmələri bu gün qulağımda sırğa kimi qalıb.

Səsi, danışığı, hər bir şeyə münasibəti sağlığında ikən aforizmə çevrilib. O deyimlər bu gün də həyatımı işıqlandırır. Atam mənim üçün necə əvəzsiz olduğunu ölümü ilə anlatdı. Dünyasını dəyişəndən sonra onun həyatımda necə əvəzedilməz bir insan olduğunu dərk etdim. Ən azından mənim üçün əvəzsiz olduğunu anladım".

Reşat "Nüsrət Kəsəmənlinin ən çox sevdiyi şeiri hansı idi" sualını da cavablandırıb:

"Onun sevmədiyi şeiri yox idi. Heç vaxt eşitmədim atam desin ki, filan şeirimi daha çox sevirəm. Şeirləri şairin övladlarıdır. Ona görə də atam bütün şeirlərini sevirdi və onlara fərq qoymurdu".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun