"Sənətə olan bu sevgi təmənnasız sevgidir. Əlimdə satmağa nəsə olanda sevinirəm ki, satacam layihə oluram. Get-gedə ağıllanıram. İndi başlamışam düşünməyə. Ünvanıma atılan daşları toplayıb, ev tikirəm".
Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Aygün Kazımova "Söhbət var" verilişində deyib. Müğənni şou-biznes nümayəndələrinə səslənib:
"Deməsinlər şou-biznes yoxdur. Şou da var, biznes də. Sadəcə, çalışmaq lazımdır".
Kazımova Rusiyanın Xalq artisti Filipp Kirkorvun ona zəng etməsindən danışıb:
"Filipplə hər zaman yazışırdıq. Bir gün mənə zəng etdi. Deyir ki, Aygün, sənə nə olub? Səndə nə baş verir? Başqa cür görünürsən. Deyir ki, sən hər zaman gözəl qadın olmusan, amma bu başqadır. Bir sözlə cavab verə bilmirəm. Hər tərəfdən toparlananda, bir nöqtəyə vuranda, kiməsə daş atmaq niyyətin olmayanda belə olur. Hər bir insanın uğurunun, zirvədə durmağının, öndə olmağının ən başlıca səbəbi, niyyətidir. Mənə kiminsə yolunu kəsmək yaraşmaz. O dərəcədə ağılsız deyiləm ki, kiminsə yolunu kəsim, sabah da mənim yolumu kəssinlər. Karmamı bunlarla çirkləndirə blmərəm".
Milli.Az