Aparıcı Xoşqədəm Hidayətqızı, müğənni Elvin Abdullayev və "Avroviziya" təmsilçimiz Safurə Əliyeva 2024-cü il üçün ilk fotosessiyasını etdirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, onlar bayram gecəsi ailəsi ilə obyektiv qarşısına keçərək fotolar çəkdiriblər.
Safurə həyat yoldaşı Fərhad Əliyev, övladları İsgəndər, Aişə və Natiqin yer aldığı şəkilləri "Yeni iliniz mübarək" sözləri ilə paylaşıb.
Türkiyəli müğənni Doğuş aparıcı xanımı Xoşqədəm, övladları Arın və Ardanın yer aldığı fotolara "Yeni ildə gerçəkdən diləyim müharibəsiz, sakit, sağlam, xoşbəxt 2024 keçirtməkdir. 2024 - gəl, heç kimin üzülməyəcəyi 1990-cı il kimi gəl" sözlərini əlavə edib.
Elvin isə xanımı Afət, oğulları Tuncay və Səidini yer aldığı şəkli "Pis günlərimiz 2023-də qalsın. Ən gözəl günlər 2024-də bizi gözləsin" sözlərini qeyd edib.
Milli.Az