Bred Pittdən Ancelinaya son zərbə!

Bred Pittdən Ancelinaya son zərbə!

Bred Pitt və Ancelina Colinin bir vaxtlar nağıla bənzər sevgi hekayəsi ayrılıqdan sonra illərlə davam edən hüquqi savaşa çevrilib. 

OLAY yazır ki, 2016-cı ildə boşanan və keçən il boşanma ilə uşaq qəyyumluğu işlərini rəsmən yekunlaşdıran cütlük Fransadakı məşhur “şato” və üzüm bağlarını əhatə edən “Chateau Miraval” məsələsində hələ də qarşı-qarşıyadır.

Bu dəfə görünür ki, Bred Pitt Ancelina Coliyə ağır zərbə vurmağa yaxındır.  Son hadisələr, məhkəmədə qüvvələr balansını Pittin xeyrinə dəyişib.

Məhkəmə Colinin telefon və kompüterindəki şəxsi e-poçt və mesajlarını sübut kimi təqdim etməsinə icazə verib.

Hakimin qərarına əsasən, Coli 45 gün ərzində bütün yazışmaları məhkəməyə təqdim etməlidir.

Bu qərar, Colinin indiyə qədər qəti şəkildə qarşı çıxdığı bir addım olduğuna görə, işin ən kritik dönüş nöqtələrindən biri hesab olunur.

Bred Pitt, Colinin “Miraval”dəki paylarını rus oliqarx Yuri Şeflerə onun xəbəri və icazəsi olmadan satmasının qanunsuz olduğunu bildirir.

Pittə görə bu satış sadəcə intiqam məqsədi daşıyır. İndiyə qədərki bütün məhkəmə qərarlarının Pittin lehinə olması, bu iddianı daha da gücləndirir.