Aylar öncə evlənməyə hazırlaşan, lakin qəfildən sevgilisi aktrisa Aslıhan Gürbüzlə yollarını ayıran İsmayıl Hacıoğlu keçmiş həyat yoldaşı ilə barışıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, Hacıoğlu 2020-ci ildə boşandığı Duygu Kumarki ilə yenidən bir araya gəlib.
Belə ki, 2016-2020-ci illər arasında evil olan cütlük yeni ilə birlikdə qədəm qoyub. Keçmiş sevgililər dodaq-dodağa çəkdirdikləri şəkli paylaşaraq hər kəsi təəccübləndiriblər.
Qeyd edək ki, aktyor İsmayıl Hacıoğlunun Duygu Kumarki ilə evliliyindən bir övladı var.
Xatırladaq ki, onların dörd illik evliliyinin aktyorun "Çoçuk" serialındakı həmkarı Merve Çağıranla sevgili olduğuna görə bitdiyi iddia olunurdu.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun