"Özümü iddialı və şanslı qadın hesab edirəm"- Minadan iddialı açıqlama

"Özümü iddialı və şanslı qadın hesab edirəm"- Minadan iddialı açıqlama

 

 

Müğənni Mina Hüseyn ilin sonunda iddialı açıqlama yayımlayıb.

OLAY yazır ki, ifaçı uğursuz ilk evliliyindən, xəyanətdən danışaraq bunları deyib:

"Bilmirəm çox xanım necə düşünür amma mənə görə şəxsi həyat özü də bir sənətdir. Qismətim necə olacaq gələn il hələ bilmirəm. Amma nə yalan deyim, özümü qadın kimi iddialı və şanslı hiss edirəm. Münasibətlərdə səmimiyyət, hörmət və dəstək mənim üçün daha əsasdır. Bilirsiniz ki, ilk evliliyim uğursuz olub. Gələn il ərə gedəcəmmi? Bilmirəm. Evlilik barədə isə deyə bilərəm ki, ikinci dəfə həyat yoldaşı seçmək çətindir. Kifayət qədər ağıllı seçim olmalıdır. Burada ürək və ağlın balansı düzgün olmalıdır. Tam səmimi deyəcəm. Xəyanət sözlə deyil, əməllə ölçülür. Xəyanət, bir seçimdir. Əgər bir insan öz seçimlərinə görə davranıbsa, bu, sırf qadının səbri ilə ölçülə bilməz. Bağışlamaq da mümkündür, niyə də yox? Ola bilər. Amma bu şərtlərlə ki, hər iki tərəf arasında səmimi peşmançılıq və düzgün dialoq olsun. Məncə, xəyanət etibarın sındırılmasıdır və hər kəsin buna reaksiyası fərqli ola bilər".