“Zara”dan götürdüyü 400 manatlıq paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

“Zara”dan götürdüyü 400 manatlıq paltarların pulunu ödəməmişdi - Sərbəst buraxıldı

Komediya ustası Cerys Nelmesin İstanbulda başlayan məhkəmə işi yekunlaşıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu ilin iyul ayında İstanbulda yerləşən "Zara" mağazasında paltar oğurluğu iddiası ilə saxlanıldığı deyilən məşhur komediya ustası Cerys Nelmeslə bağlı məhkəmə prosesi başa çatıb.

Təxminən beş ay davam edən araşdırma və məhkəmə prosesindən sonra Nelmes azadlığa buraxılıb.

Məhkəmənin qərarına əsasən, onun barəsində tətbiq olunan ölkədən çıxış qadağası ləğv edilib və komediyaçı İngiltərəyə qayıdıb.

Xatırladaq ki, Cerys Nelmes İstanbulda olduğu müddətdə təxminən 110 funt-sterlinq (təqribən 400 manat) dəyərində paltarın pulunu ödəmədən mağazadan çıxmağa cəhd etməkdə ittiham olunmuşdu. O isə hadisəyə münasibət bildirərək, ödənişi etməyi unutduğunu deyib.

Məhkəmə prosesinin başa çatması ilə Nelmesin işi hüquqi baxımdan bağlanmış hesab olunur.

Hüseyn
Milli.Az