"Toylarda aş gətirən rəqqasə olmuşam"

"Toylarda aş gətirən rəqqasə olmuşam"

Müğənni Şəbnəm Qəhrəmanova açıqlaması ilə diqqət çəkib.

Milli.Az-ın məlumatına görə, sənətçi verdiyi açıqlamada gənclik illərində maddi çətinliklərlə üzləşdiyini və bu səbəbdən rəqqasə kimi çalışdığını etiraf edib.

Şəbnəm Qəhrəmanova bildirib ki, o dövrdə toy və məclislərdə rəqs edərək ailəsinə dəstək olub:

"Buna görə utanmıram. O vaxt milli rəqslərə gedirdim. Ailədə maddi çətinliklər var idi. Mən toylarda aş gətirirdim. Halal zəhmətimlə hər zaman çörək qazanmağı üstün tutmuşam. Başqalarının pis yolla qazandığını demirəm. Hər kəs əziyyət çəkir".

Sənətçinin bu etirafı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İzləyicilər Şəbnəm Qəhrəmanovanın dürüstlüyünü və əməksevərliyini yüksək qiymətləndiriblər.

Hüseyn
Milli.Az