Türkiyəli müğənni Kənan Doğulu aktrisa həyat yoldaşı Beren Saatla bağlı boşanma xəbərinə münasibət bildirib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi jurnalistlərin məsələ ilə bağlı suallarına "O xəbərlərə çox güldük. Gizlincə boşanıblar yazmışdılar. Boşanmışıq, deyə təəccübləndik. Elə bir şey olsa, deməzdik?" cavabını verib.
Qeyd edək ki, aktrisa Yeni ili həyat yoldaşı ilə birgə Kiprdə qarşılayıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun