Alen Delonun qızı atasının xəstəlik sirrini gizlədib

Alen Delonun qızı atasının xəstəlik sirrini gizlədib

Məşhur aktyor Alen Delonun oğlu Entoni Delon bacısı Anuşkanı atasının koqnitiv (idrak) pozğunluğu ilə bağlı məlumatı ailədən gizlətməkdə günahlandırıb.

Bu barədə "Report" "Paris Match" jurnalına istinadən xəbər verir.

"Bacım heç vaxt qardaşıma (aktyorun kiçik oğlu Alen-Fabien -red) və mənə məlumat vermədi ki, 2019-2022-ci illər ərzində atamla İsveçrədə klinikaya səfər zamanı beş koqnitiv test aparılıb və o, bunların heç birini keçə bilmərz", - Entoni Delon müsahibəsində bildirib.

O hesab edir ki, bacısı atasının vəziyyəti ilə bağlı məlumatı gizlətməklə "aktyorun həyatını təhlükəyə atıb". "Həkimlərin fikrincə, testlər koqnitiv deqradasiyanı nümayiş etdirir ki, bu da atanı psixoloji zəiflik və deməli, həssas vəziyyətə salır", - aktyorun oğlu deyib.

Entoni Delonun sözlərinə görə, Alen Delonun müayinə olunduğu klinikada İsveçrədə yaşayan Anuşka əlaqə saxlayıb. E.Delon, bacısının sənətçinin səhhətindəki problemlər barədə məlumat vermədən "şəxsi maraqlardan çıxış etdiyini" iddia edir. Lakin o, Anuşka Delonun hansı məqsədlər güddüyünü dəqiq açıqlamayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun