Meyxanaçı-müğənni Samirə Yusifqızı verdiyi açıqlama geniş müzakirələr yaradıb.
Milli.Az xəbər verir ki, sənətçi qadın müğənnilərin məclislərdə çıxış etməsi mövzusuna sərt münasibət bildirib.
Samirə Yusifqızı qeyd edib ki, kişilərin qarşısında oxuyaraq pul qazanmağı düzgün hesab etmir və bunu qəbul etmir. Onun sözlərinə görə, əgər kişi olsaydı, həyat yoldaşının belə mühitdə çıxış etməsinə razılıq verməzdi:
"Mən kişi olsaydım, qadınımı kişilərin qarşısında oxumağa qoymazdım. Hamballıq edərdim, yer süpürərdim, daş daşıyardım, amma evimə çörəyi gətirərdim. Qadınımın 15-20 kişinin arasında oturmasına razı olmazdım. Kiminsə qolunu boynuna atması, içkili halda nəfəsini üzünə vurması - bu, iş deyil axı. Kişi olsam, bunu qəbul etməzdim".
Sənətçinin bu fikirləri sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər onun mövqeyini dəstəkləsə də, əleyhinə olanlar da olub.
Musa
Milli.Az
















