Sankt-Peterburq bəstəkarlar məktəbinin nümayəndəsi, Rusiya Federasiyasının Əməkdar İncəsənət Xadimi Sergey Baneviç 84 yaşında vəfat edib.
OLAY yazır ki, bu barədə Sankt-Peterburq Bəstəkarlar İttifaqı məlumat yayıb.
İttifaq vida mərasimi ilə bağlı məlumatın sonradan paylaşılacağını qeyd edib.
Sergey Beneviç 2 dekabr 1941-ci ildə anadan olub. Leninqrad Konservatoriyasını bitirib, burada Qalina Ustvolskaya və Orest Yevlaxov kimi məşhur bəstəkarların yetirməsi olub.
















