Məşhur təşkilatçı Eyyub Hüseynzadə paytaxtda yerləşən restoranların birindən şikayətlənib.
OLAY yazır ki, bu barədə o, feysbukda status paylaşıb. Hüseynzadənin iddiasına görə “Paris Bistro” restoranında ondan 1 çaynik çay üçün 90 AZN ödəniş alıblar:
“Sizə böyük ayıb olsun. Gecə saat 1-də depozit adı ilə 1 çaynik çaya məndən 90 manat ödəniş aldınız. Yanımda xarici qonaq vardı deyə, səsimi çıxarmadım. Amma bu məsələ belə qalmayacaq biləsiz”.